“Qiyamət buzlağı” sürətlə əriyir
Yusif Nəzərli
01:36 07.09.2022
Dünya
713
Fəlakət bir il ərzində baş verə bilər
Hazırda ölkəmizdə qeyri-sabit hava şəraiti hökm sürür. Avqust və sentyabrın ilk 5 gününün qovurucu istisindən sonra güclü külək və yağışla müşayiət olunan temperatur enməsi ağıllarda sual doğurdu: bizi qarşıda daha nələr gözləyir? İllərdir haqqında danışılan qlobal istiləşmə, iqlim dəyişiklikləri deyəsən elə budur. Artıq bir neçə ildir ki, mövsümlər demək olar, sezilmir. Qışdan birbaş yay fəslinə, yay fəslindən də birbaşa qışa keçid edilir. Payız-yaz itib artıq. Fəsillər 4 yox, 2 olub. Bütün dünyada belədir. Ölkəmizdə müşahidə olunan iqlim dəyişikliyi Cənubi Koreyada, Yaponiyada leysan yağışlar, fırtınalarla özünü göstərir. Türkiyədə də havalar kəskin soyuyub.
Dünənədək istidən yanan Qara dəniz sahilləri artıq leysan yağışların əsarətindədir. Səbəb isə əlbəttə ki, qlobal iqlim dəyişikliyi, qlobal istiləşmədir. Bunun təzahürü isə hazırda Arktikada yaşanır. “Qiyamət buzlağı” adını almış nəhəng buzlağ son 200 ildə gözlənildiyindən daha sürətlə əriməyə başlayıb. Bu haqda “Nature Geoscience” dərgisində material dərc olunub. “NTV.com.tr”nin yazdığına görə, alimlər buzlağın sürətlə əriməyə başladığı xəbərdarlığı edir. “Qiyamət buzlağı” barmaqlarının ucunda dayanıb” yazan alimlər dünyanı gözləyən fəlakətdən xəbər verir. Hətta “fəlakət bu il ərzində baş verə bilər”, anonsu da edirlər. Alimlərin son tədqiqatı nəticəsində müəyyən edilib ki, “Qiyamət buzlağı” adı verilmiş “Thwaites” buzlağı son 200 ildə gözlənildiyindən 2 dəfə artıq sürətlə geri çəkilir - əriyir. Antarktikadakı buzlağın hərəkətləri kosmosdan görüntülənib. Alimlər bu qənaətdədir ki, buzlağın sürətlə geri çəkilməsi dünya okeanında suyun səviyyəsini 3 metrədək yüksəldəcək.
Nəticədə 1 il içində müxtəlif səpkili təbii fəlakətlər baş verəcək. Haqqında danışılan buzlaq Antarktikanın qərbindədir. Cənubi Florida Universitetinin Dəniz Elmləri Kollecinin tədqiqatçıları buzlağın yeni görüntülərinin elm üçün yeni geoloji özəlliklərə malik olduğunu bildirir.
Eyni zamanda bu görüntülər gələcəkdə hansı təbii hadisələrin ortaya çıxacağına dair proqnoz verilməsini asanlaşdırır. “Qiyamət buzlağı” son 200 ildə, 6 aydan daha qısa bir müddətdə dənizin altı ilə təmasını itirib və 1-2 kilometrdən yüksək bir süətlə əriyib. Bu hadisə 2011 və 2019-cu ildəki ərimədən 2 dəfə çoxdur. İngiltərənin dəniz geofiziki Robert Larter isə bildirib ki, "Thwaites” buzlağı hazırda “barmaqlarının ucunda” dayanıb və hər an misli görünməmiş fəlakət saça bilər.
Bu, hazrıkı 1 il içində də baş verə bilər. Odur ki, iqlimdəki kəskin dəyişmələrə təəccüb etməməliyik. Dünya qlobal iqlim böhranı içindədir, o cümlədən də biz. Qlobal iqlim dəyişikliyinin həm də dünyada aclıq, iqtisadi böhran yaradacağı qaçılmazdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya