Qolları yoxdur, inancı çoxdur
Qolları yoxdur, inancı çoxdur
12:46 14.08.2024
Dünya
448
Ölsün deyə üstünü qazanla örtüblər
Mehmet anasının onu öldürmək istədiyini bilsə də, bu barədə indiyədək kimsəyə danışmayıb
Fiziki qüsurlu olaraq doğulan, ölsün deyə üstü camaşır qazanıyla örtülən Mehmet Teməl buna rəğmən həyatda qalıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, körpənin xilaskarı atası olub. Dağdan kəndə enən ataya övladının dünyaya gəldiyini, lakin ortalıqda görünmədiyini deyiblər. Məlum olub ki, qonşular “bu körpə şikəstdir. Neynirsən bunu? Üstünü qazanla ört, boğulub ölsün”, deyərək ananı övlad qatili olmağa təhrik ediblər. Ata bunu bilib, oğlunu ölümün pəncəsindən xilas edib. Mehmet Teməl qüsurlu olmasına baxmayaraq, həyatdan dördəlli yapışıb. Ayaqqabı təmizləyib, bəzək əşyaları satıb, satıcılıq edib, çörək pulunu özü qazanıb. Hazırda 68 yaşında olan Mehmet Teməl başına gələnləri anladıb. Mehmet Teməl Kayserinin Yahyalı bölgəsində dünyaya qolsuz gəlib. Ayaqlarında da qüsur olduğu görünüb. Fiziki qüsurlu doğulduğu üçün körpəni öldürmək istəyiblər. Lakin Mehmetin alın yazısı başqa cür yazılıbmış. Uşaq 9 yaşınadək normal hərəkət edə bilməyib, özü yemək yeyə bilməyib. 9 yaşından sonra isə onda dəyişiklik baş verib. Özü yeməyə, addımlamağa başlayıb. Qəribə burasıdır ki, Mehmet anasının onu öldürmək istədiyini bilsə də, bu barədə indiyədək kimsəyə danışmayıb. Anası sağ olduğu müddətdə onun üzünə də vurmayıb. Bağışlayıb anasını. “Mən yaylaqda dünyaya gəlmişəm. Qonşular anama deyib ki, neynirsən bu şikəst uşağı, gəl üzərinə camaşır qazanı keçirək, ölsün. Anam da cahildi, onlara inanıb. Atam bir həftə sonra gəlib. “Körpə hardadır”, soruşub. Anam “öldü”, deyib. Yerimi nişan alıb ora gəlib atam, qazanı qaldırıb ki mən sağam, ona baxıram. Atam məni köynəyinə sarıyıb evə gətirib. Anama da “bu uşağa yaxşı baxacaqsan”, tapşırıb”. 9 yaşına kimi belə davam edib. Onu yedirib, içiriblər. “Bir gün atam məni alma bağçasına apardı. Gözümə bir ixtiyar qoca göründü. Onu görən kimi ona tərəf addımlamağa başladım. Yeriməyim belə başladı. Sevincdən çığırırdım. Bir ağaca dırmaşdım. Qonşular gəldi, “səni ağaca kim çıxardı” soruşdular. “Özüm çıxdım”, dedim, inanmadılar. Elə sevincliydim ki, qayıdıb təkrar əyləşməyə qorxurdum, elə bilirdim, əyləşsəm, bir daha qalxa bilməyəcəm. Ayaqüstə dayanmaq istəyirdim”, söyləyən Mehmet Teməl sonra məktəbə gedib, təhsil alıb. Sonra dostlarıyla Ürgüpə gedib. Dostları restoranda çalışıb, o isə küçədə ayaqqabı təmizlikçisi işləməyə başlayıb. Bir müddət sonra İzmirə gəlib. Dövlət hesabına bir dükan açıb, satıcılıq edib. 1978-ci ildə TRT kanalında yayımlanan proqrama qatılıb və orada tanış olduğu xanımla evlənib. Qızı dünyaya gəlib. “Mən əngəlli olduğumu heç fərq etməzdim. Bir gün qızım məndən “ata, sənin qolların niyə yoxdur? Qollarımı, ayaqlarımı sənə verim”, dedi, o anda şikəst olduğumu yenidən anladım. 3 ay özümə gələ bilmədim”. Mehmet Teməl bu gün də çox yaxşı ailə başçısı, şəfqətli bir atadır. Dükanı var, ailəsinin dolanışığını təmin edir, hətta avtomobil də sürür.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm