Qrenlandiyada 48500 il əvvələ aid canlı viruslar aşkar edilib
Yusif Nəzərli
22:03 12.05.2025
Dünya
312
Orhus Universitetinin alimləri Qrenlandiyanın buz nüvələrində yaşı təxminən 48,5 min il olan canlı viruslar aşkar ediblər.
Teleqraf xəbər verir ki, tədqiqatın nəticələri "Microbiome" elmi jurnalında dərc olunub.
Tədqiqatçılar Qrenlandiyanın buz təbəqəsinin səthindən toplanmış tünd buz, qırmızı qar və kriokonit (orqanomineral yataq) nümunələrini tədqiq ediblər. Viruslar dərin qatlarda deyil, buzlaqların səthində tapılıb, burada onlar artıq mikroyosunlarla qarşılıqlı əlaqədə olublar. Bu yosunlar buzun əriməsinə kömək edir, bakteriyaların inkişafı üçün əlverişli mühit yaradır və buz təbəqəsinin parçalanmasını sürətləndirir.
Mütəxəssisləri, xüsusilə, Pandoravirus yedoma virusu maraqlandırırdı. Onların ölçüsü bir mikrometrə qədərdir və təxminən 2,5 milyon nukleotid genomuna malikdir və bu, onun Yer kürəsində ən böyük viruslardan biri olması deməkdir.
Əvvəllər güman edilirdi ki, bu cür viruslar yalnız Sibirin əbədi donmuş torpaqlarında və ya dərin okean çöküntülərində yaşaya bilər. Yeni kəşf onların mümkün yaşayış yerlərinin sərhədlərini genişləndirir.
Qədim virusların tədqiqi 2013-cü ildə, fransız alimi Jan-Mişel Klaverinin təxminən 30 min il yaşı olan Pithovirus sibericum virusunu "canlandırması" ilə başlayıb. 2022-ci ildə Pandoravirus yedoma ilk dəfə Sibir permafrostundan götürülüb. İndi virus Qrenlandiyada da tapılıb ki, bu da onun tarixdən əvvəlki dövrlərdə geniş yayılmasını təsdiqləyir.
Alimlər xəbərdarlıq edirlər ki, bu cür patogenlər yeni yoluxucu xəstəliklər yarada bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya