ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton münaqişə boyu Ukraynanı silahla təmin edir, Rusiyaya qarşı isə sanksiyalar tətbiq olunur.
Sherg.az xəbər verir ki, Rubionun sözlərinə görə, ABŞ Rusiyaya silah vermir və sanksiyalar yalnız Moskvaya yönəlib. Rubio əlavə edib ki, Kiyev ABŞ-dan kəşfiyyat məlumatları almaqda davam edir, çünki Ukrayna Amerikanın milli maraqları baxımından əhəmiyyət daşıyır.