Rumıniyanın Baş naziri istefa verdi – Hakim koalisiya dağılır
Yusif Nəzərli
18:07 05.05.2025
Dünya
403
Rumıniyanın Baş naziri Marçel Çolaku hökumət başçısı vəzifəsindən istefa verdiyini bəyan edib. O, rəhbərlik etdiyi Sosial-Demokrat Partiyasının (SDP) hakim koalisiyadan çıxacağını da açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Marçel Çolaku bu qərarı Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrindən sonra verdiyini bildirib. Onun sözlərinə görə, hakim koalisiyanın prezident seçkilərində öz namizədini irəli sürərək qalib gəlmək məqsədi həyata keçməyib. “Bir məqsəd yerinə yetirilməyibsə, deməli, koalisiya razılaşması tam şəkildə icra olunmayıb. Mən bu gün partiyama koalisiyadan çıxmağı təklif etdim. Əgər qəbul olunsa, dərhal prezidentə istefa ərizəmi təqdim edəcəyəm”, – deyə Baş nazir jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, mayın 4-də keçirilən prezident seçkilərinin ilk turunda milliyyətçi “Rumıniyanın Birləşməsi Alyansı” (AUR) partiyasının lideri Corce Simion 41 faiz səslə birinci yeri tutub. Buxarest meri Nikuşor Dan 21 faizlə ikinci, hakim koalisiyanın namizədi Krin Antonersku isə 20,1 faiz səslə üçüncü yeri tutub.
Seçkilərin ikinci turu mayın 18-də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə