Rus əsgərlər ağlayırlar, təlaş içindədirlər
Yusif Nəzərli
20:12 02.03.2022
Dünya
831
Onlardan biri anasına mesajda “bu anda yeganə istəyim özümü öldürməkdir” deyir
İngiltərə kəşfiyyatı Ukraynanı işğal etməyə çalışan Rusiya ordusu daxilində təşviş və həyəcan yaşandığına dair səs yazıları əldə edib. Səs yazılarında ratsiya vasitəsilə danışan əsgərlərin komandanlığın Ukrayna şəhərlərinə raket və top atəşi açmaqdan imtina etdiyi, ordunun ərzaq və yanacaq təminatında problem yaşandığı məlum olur, əsgərlərdən birinin ağlamaq səsi eşidilir. Başqa bir əsgərsə ərzaq və yanacağın çatdırılması barədə “3 gündür burdayıq. Nə zaman hazır olacaq?” soruşur.
Mesajlardan birində rus əsgər komanda mərkəzindəki başqa birisiylə mübahisə edir: “dinc əhali çıxmayanadək top atəşi açmayacağıq!”. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, səs yazıları haqqında “The Telegraph”a “Shadow Break” kəşfiyyat şirkətinin qurucusu, 26 yaşlı Samuel Cardillo məlumat verib. S.Cardillo səs yazılarının xüsusi antenlər vasitəsi ilə dinlədildiyini söyləyib: “Əldə etdiklərimiz rus əsgərlərinin tamamilə həyəcan, təlaş içində olduğunu göstərir. Hara getdikləri, bir-biriləriylə düzgün bir şəkildə ünsiyyət qura biləcəklərinə dair heç bir fikrə malik deyillər. Rus əsgərlər ağlayır, bir-birini söyür, təhqir edir. Bu da əsgərlər arasında ruh düşkünlüyü olduğunu göstərir. Əsgərlərdən biri isə anasına göndərdiyi mesajda “bu anda yeganə istəyim özümü öldürməkdir” deyir.
S.Cardillo deyib ki, bu səs yazıları, əsgərlərin mesajları eyni zamanda müharibə cinayətlərini təsdiqləyir. Və müharibə cinayətlərinin sübutu üçün əsaslı dəlillərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Muxtar Məmmədov vəfat etdi
09:50 16.11.2026
Cəmiyyət
Məktəblərdə payız tətili başladı
09:41 16.11.2026
Elm və Təhsil
Market alışverişini asanlaşdıran 6-5-4-3-2-1 üsulu
08:48 16.11.2026
Cəmiyyət
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm