Rusiya ordusu Donetsk vilayətindəki Rodinsk şəhərini işğal edib.
Axar.az xəbər verir ki, Rusiya ordusunun yeni irəliləyişləri barədə Ukraynanın analitik monitorinq layihəsi “DeepState” Teleqram kanalında məlumat yayıb.
“Düşmən Rodinsk şəhərini işğal edib, həmçinin Artilnoe ərazisində irəliləyib”, – deyə analitiklər bildiriblər.