Rus turistin qatili yaxalandı: Köpək balığının mədəsindən bədbəxt adamın əzaları çıxarıldı
11:10 13.06.2023
Dünya
558
Misirdə 4 gün əvvəl rus turisti parçalayan köpək balığı tutulub. Aparılan müayinələr nəticəsində heyvanın mədəsində bədbəxt adamın əzaları aşkar edilib.
Sherg.az xarici mediyaya istinadən xəbər verir ki, sevgilisi ilə Misirə istirahətə gedən rusiyalı turistin əvvəl hər işi normal gedirdi. İctimai çimərlikdə dənizə girən turist sahildən uzaq bir nöqtədə dəhşət yaşayıb. Köpək balığının hücumuna məruz qalan bədbəxt turist qışqıraraq kömək istəsə də, heç kim suya girməyə cəsarət etməyib.
Rusiyanın Hurqadadakı konsulluğundan verilən açıqlamada, "Hurqadadakı Rusiya vətəndaşlarının nəzərinə. İyunun 8-də Hurqadada (Dream Beach) bir rus köpək balığının hücumu nəticəsində ölüb.
Rusiyanın Hurqadadakı konsulluğu Rusiya vətəndaşının ailəsinə və yaxınlarına başsağlığı verir” ifadələrinə yer verərək Rusiyalı turistlərdən dənizə girərkən diqqətli olmaları xahiş olunub.
Adının Vladimir Popov olduğu öyrənilən turisti öldürən köpək balığı günlər sonra sahilə çıxarılıb. Aparılan müayinələr nəticəsində gəncin bədən hissələri köpəkbalığının mədəsində aşkar edilib. Köpək balığının mədəsindən araşdırmalar üçün bir çox əza və bağırsaq da çıxarılıb.
Misir Milli Dəniz Elmləri İnstitutunun professoru Dr. Mahmud Dar verdiyi açıqlamada köpək balığının dişi olduğunu bildirib.
Digər tərəfdən, Vladimirin pərişan atası Yuri, oğlunun köpəkbalığı tərəfindən parçalanaraq öldürülməsini seyr edərkən başına gələnləri danışdı:
“Dincəlmək üçün sahilə getdik. Oğlum köpək balığının hücumuna məruz qaldı, hər şey saniyələr içində oldu".
Atası oğlunun qalan hissələrinin yandırılacağını və külünün Rusiyaya aparılacağını bildirib.
“Əl-Ərəbiyyə” bədbəxt kişinin sevgilisinin sahildə ağladığı anları paylaşıb. Həmin kadrlar dünya mətbuatında əks-səda doğurub.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm