“Yunanıstan tərəfindən Egey dənizini də əhatə edəcək şəkildə elan olunan “Bərpaalunan Enerji Mənbələri üzrə Xüsusi Məkan Planlaşdırması Çərçivəsi”ni yaxından izləyirik”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.
“Sözügedən tənzimləmə beynəlxalq müqavilələrlə Yunanıstana verilməmiş coğrafi ərazilər də daxil olmaqla, ölkəmiz baxımından heç bir hüquqi nəticə doğurmur və mövqeyimizə təsir etmir. Türkiyə Egey dənizindəki hüquq, maraq və mənafelərini beynəlxalq hüquq çərçivəsində qorumaq əzmini davam etdirir.
Bununla yanaşı, Türkiyə Egey dənizinin iki sahilyanı ölkəsi arasında mövcud problemlərin beynəlxalq hüquq, ədalət və normal qonşuluq münasibətləri əsasında həll edilməsinin, regionda isə sülh, sabitlik və əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır”, - o bildirib.