Britaniyanın "The Telegraph" qəzeti Ukrayna prezidenti Vladimir Zelenskinin müdafiə naziri Mixail Fedorovu vəzifədən azad etməsinin Kiyevə siyasi itkilər gətirdiyini yazıb.
Sherg.az xəbər verir ki, nəşrin məlumatına görə, Fedorov prezident seçkilərinin keçirilməsini açıq şəkildə tələb etməklə Zelenskinin legitimliyi məsələsini gündəmə gətirib. Onun vəzifədən azad edilməsi isə Ukrayna hakimiyyətində narazılığı artırıb və Rusiyanın mövqeyini gücləndirə bilər.
Qəzet hesab edir ki, Zelenskinin bu qərarı Moskvanın və Ukraynaya skeptik yanaşan ABŞ siyasi dairələrinin əlinə əlavə arqument verib.
Qeyd olunur ki, Ukraynada prezident seçkiləri hərbi vəziyyət səbəbindən keçirilmir.