
Rusiya iqtisadiyyatı artıq müharibə yükünü daşımaq iqtidarında deyil
07:33 07.08.2024
Dünya
425
Rusiya çöküşdədir
Mərkəzi Bankın sədri doğrunu söylədi
Rusiya Mərkəzi Bankınin sədri Elvira Nabiullina son mətbuat konfransında ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını etiraf edib. Bu səbəbdən Mərkəzi Bank faiz dərəcələrini artırıb. Ancaq Rusiya Mərkəzi Bankının sədri bunun ölkədə inflyasiyanın azalacağı anlamına gəlməyəcəyinə eyham vurub. Naibullina mətbuat konfransında daha bir neçə etiraf edib. Qeyd edib ki, Rusiyada işçi qüvvə çatışmır, rəqabət qabiliyyətli məhsul istehsal edilmir. Digər yandan faiz artımından sonra Türkiyə və Çinlə bu ölkələrin milli pul vahidləri ilə ticarət aparmaq çətinləşəcək. Çünki bu ölkələr dəyər itirən Rusiya rublu ilə alış-veriş etməkdə maraqlı olmayacaqlar. Halbuki Rusiya hakimiyyəti bunu illərdir uğurlu siyasət kimi təqdim etməyə çalışırdı.
Politoloq Elxan Şahinoğlu deyib ki, Elvira Nabiullinanın mətbuat konfransında söylədikləri “Qərbin Rusiyaya qarşı sanksiyaları bizə mənfi təsir etmir” deyən digər rusiyalı rəsmilərin açıqlamalarına ziddir. Analitikin sözlərinə görə, Rusiya iqtisadiyyatının indiki ağır vəziyyətinin maliyyə siyasəti ilə bağlılığı yoxdur:

"Bu vəziyyət birbaşa Rusiyanın Ukraynaya qarşı müharibəsiylə bağlıdır. Rusiyada işçi qüvvə müharibəyə göndərilib. Onların da bir qismi ya həlak olur, ya da ağır yaralanaraq geri döndükdən sonra iş qabiliyyətini itirir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev hər gün cəbhəyə min nəfərin göndərildiyini uğur kimi qələmə versə də, Rusiya iqtisadiyyatı üçün bu, gündəlik itki deməkdir. Çünki onlar cəbhəyə öldürməyə və ölməyə gedirlər, ölkələrində isə istehsalın bir növü ilə məşğul olurdular. Digər tərəfdən, Qərbin sanksiyaları Rusiyanın idxal-ixrac əməliyyatlarına mənfi təsir edib. Rusiya müharibəyə və hərbi-sənaye kompleksinə milyardlar xərcləyir və bunlar geri qayıtmayacaq pullardır. Elvira Nabiullianın mətbuat konfransından çıxan nəticə budur ki, Rusiya iqtisadiyyatı artıq müharibə yükünü daşımaq iqtidarında deyil. Ancaq müharibə bu gün dayandırılsa belə, iqtisadiyyatı əvvəlki durumuna qaytarmaq da çətin olacaq. Bu amilləri Rusiyaya qonşu ölkələr nəzərə almaq məcburiyyətindədirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: Fransa Türkiyəni məğlub edib
02:57 26.09.2026
Futbol
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol