
Rusiya Kamala Harrisi dəstəkləyir?
Yusif Nəzərli
04:00 06.09.2024
Dünya
615
Putinin açıqlaması yarızarafat, yarıciddi təsir bağışlayır
“Kremlin rəhbəri köhnə KQB agentidir və manipulyasiya sahəsində peşəkardır, tərs psixologiya ilə seçkiləri manipulyasiya edir”
Rusiya Prezidenti Vladimir Putin uzun müddət sonra ABŞ-də gözlənilən prezident seçkiləri ilə bağlı fikir səsləndirib. O, Vladivostok İqtisadi Forumunun plenar iclasındakı çıxışında bildirib ki, prezidentlik yarışında Rusiyanın favoriti Co Baydendir: “Demişdim ki, favoritimiz indiki Prezident cənab Bayden idi. O, yarışdan kənarlaşdırıldı, lakin bütün tərəfdarlarını xanım Kamala Harrisi dəstəkləməyə təşviq etdi. Ona görə biz də Harrisə dəstək olacağıq”. Putin qeyd edib ki, Donald Tramp Rusiyaya qarşı indiyədək heç bir prezidentin tətbiq etmədiyi qədər məhdudiyyət və sanksiyalar tətbiq edib.
Politoloq Turan Rzayev "Sherg.az”a deyib ki, V.Putinin açıqlaması yarızarafat, yarıciddi təsir bağışlayır. Aydın məsələdir ki, Rusiyanın Baydeni dəstəkləməsi real deyil:

"Əksinə, bu gün Moskvanın üzləşdiyi bir çox problemin səbəbkarı Co Bayden və onun komandasıdır. Lakin bir reallıq var ki, Kreml başçısının bu sözləri seçkiöncəsi namizədlərin reytinqinə və qələbə şanslarına təsirsiz ötüşməyəcək. Putin köhnə KQB agentidir və manipulyasiya sahəsində peşəkardır, tərs psixologiya ilə seçkiləri manipulyasiya edir. Rusiya Prezidenti çıxışında vurğuladığı iki detalla Demokratların qələbə şansını azaldır. Bu detallar - ABŞ-dəki prezidentlik yarışında Rusiyanın favoritinin Co Bayden oluğunu deməsi və bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdiyini bildirməsidir. ABŞ-də seçicilərin əksəriyyəti Moskvanın Vaşinqtonun düşməni olduğunu bilir. Yəni düşmən ölkə demokratları, onların namizədlərini dəstəkləyir. Şübhəsiz, bu detal seçkidə öz sözünü deyəcək, Putinin sözlərini ciddiyə alanlar olacaq".
Ekspertə görə, Rusiya prezidenti Trampı pisləyərək, əslində, onun hakimiyyətə gəlməsini istəyir:
"Seçkiyə az bir vaxt qaldığından artıq hər kəs bilir ki, Tramp hakimiyyətə gələrsə, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün çalışacaq. Hətta Kiyevin Kursk basqını, son günlər Rusiyada irəliləməsi, Trampın ehtimal qələbəsinin Ukraynaya sərf etmədiyini göstərir. Nəticə olaraq Putin tərs psixologiya metodu ilə Kamala Harrisi dəstəklədiyini deyib. O, demokratların prestijini endirməyə, Trampı pisləyərək isə Respublikaçıların reytinqini qaldırmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya