Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moldovanın Rusiyaya qarşı “düşmənçilik xarakterli” addımlarına cavab veriləcəyini bildirib.
Sherg.az xəbər verir ki, diplomatın sözlərinə görə, Kişinyov Qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsindən sonra Rusiya səfirliyinin əməkdaşlarına qarşı təxribatlara başlayıb. O qeyd edib ki, diplomatik nümayəndəliyin fəaliyyətinə müxtəlif məhdudiyyətlər tətbiq olunub, diplomatlar ölkədən çıxarılıb və akkreditasiyadan imtina edilib.
Qaluzin vurğulayıb ki, qarşılıqlılıq prinsipinə əsasən, Moldovanın bütün düşmənçilik xarakterli addımlarına Rusiyanın adekvat cavabı olacaq.
Rusiya mətbuatında daha əvvəl bildirilib ki, 2026-cı ilin mayında Kişinyovun öz ərazisində pilotsuz uçuş aparatının düşməsini səhnələşdirərək gərginliyi artırmağa cəhd göstərə biləcəyi barədə Moskva xəbərdarlıq edib.