Rusiya Trampa göndərdiyi hədiyyəni açıqladı

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ABŞ Prezidenti Donald Trampa Xabarovsk diyarından gətirilmiş qırmızı kürü qutusunu hədiyyə edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Regional Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara getməzdən əvvəl Moskvadakı “Savva” restoranında nahar edərkən Nikolayevski rayonunda istehsal olunan qırmızı kürünün dadına baxıb. Xüsusi elçi Uitkoffa Trampa aparmaq üçün bütöv bir qutu kürü hədiyyə edildi”, - məlumatda bildirilib.