
Rusiya və Ukrayna arasında ölüm-dirim savaşı davam edir -ŞƏRH
10:14 10.09.2024
Dünya
637
Rusiya ilə Ukrayna müharibəsi son vaxtlar intensiv hal alaraq davam edir. Belə ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ərazisinə 144 pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini açıqlayıb. Paytaxt Moskva daxil olmaqla ölkənin bir çox bölgəsində təşkil edilən hücumlar nəticəsində bir uşağın həlak olduğu, 4 nəfərin isə yaralandığı bildirilib. Nazirlikdən verilən açıqlamada Ukraynanın Rusiya ərazisindəki hədəflərə PUA-larla hücum etməyə çalışdığı qeyd edilib. Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 144 PUA-nın vurulduğu və bunların 20-sinin Moskva bölgəsində məhv edildiyi bildirilib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun açıqlamasına görə, hücumlar nəticəsində bölgədəki bir binaya PUA-nın düşməsi səbəbilə bir uşaq həlak olub, 4 nəfər isə yaralanıb. Rusiya Federal Aviasiya Agentliyinin yaydığı yazılı açıqlamada isə mülki təyyarələrin təhlükəsizliyi səbəbindən Moskva hava limanlarında uçuşların müvəqqəti olaraq məhdudlaşdırıldığı qeyd edilib.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Rusiya ilə Ukrayna müharibəsinin gedişatında hansısa ciddi dəyişiklik yoxdur:

“Proseslər ənənəvi olaraq davam edir. Tərəflər biri-biriləri üzərində mövqe üstünlükləri əldə etmək üçün ölüm-dirim mübarizəsi verir. Sözügedən mübarizə isə hələ bitəcək kimi görünmür. Sadəcə olaraq hər iki tərəfin atəşkəsin razılaşdırılmasına daha isti baxdığını müşahidə edirik. Hər iki tərəf yaxşı başa düşür ki, müharibədə tam qələbə mümkün deyil. Çünki nə Ukrayna aldığı dəstəklə Rusiya üzərində qələbə çalacaq, nə də həmin dəstəklər fonunda rəsmi Moskva Kiyevi tamamilə məğlub edə biləcək. Ona görə də indiki məqamda tərəflər ortaq yol tapıb əməliyyatları dayandırmaq barədə düşünürlər. Amma ortaq yolu tapmaq da çox çətindir. Rusiya böyük ehtimalla tərəflərin olduqları ərazidə qalması fonunda razılaşmaya gedəcək. Bu isə Ukraynanın böyük ərazi itkisiylə razılaşması deməkdir ki, rəsmi Kiyev bunu qəbul etməyəcək. Hesab edirəm ki, hər şey Amerika Birləşmiş Ştatlarında prezident seçkilərindən sonra dəyişə bilər. Əgər Donald Trump qalib gələrsə, Ukrayna müəyyən şərtlər altında atəşkəs sazişi imzalamağa məcbur ediləcək. Amma Amerikada yenidən demokratlar hakimiyyətə gələrsə, ABŞ və Böyük Britaniya digər tərəfdaşları ilə birlikdə Ukraynaya status-kvonu qorumaq üçün əhəmiyyətli dərəcədə dəstək verəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz