Rusiya Xəzərdən bizi bu raketlərlə vura bilər - Kapitan
Yusif Nəzərli
05:33 18.08.2024
Dünya
335
Qara dənizdə hələ də Ukraynanı təhdid edə biləcək üç kateqoriya Rusiya hərbi gəmiləri var. Əsas təhlükəni “Kalibr” raketdaşıyıcıları yaradır.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kapitanı, Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Andrey Rıjenko deyib.
“Müharibə başlayandan bəri Ukrayna üç "Kalibr" gəmisini məhv etdi – “Rostov-Don” sualtı qayığı və “Karakurt” sinifli iki korvet. Digər hərbi gəmilər döyüş vəziyyətindədir. Hazırda onlar əsasən Novorossiyskdə yerləşirlər. Rusların inşa etdiyi yeni “Karakurt”ların Azov dənizində olması barədə məlumat var. İndi Qara dənizdəki bütün gəmilərdəki “Kalibr” raketlərinin ümumi sayı 50 ola bilər”, - deyə Rıjenko vurğulayıb.
O bildirib ki, bura Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının “Kalibr” raketlərinə malik dörd gəmisini də əlavə etsək, bu, əlavə 32 raket deməkdir:
“Başqa sözlə, ümumilikdə 82 “Kalibr”. Yəni Rusiyanın bu imkanları var. O ayrı məsələ ki, niyə “Kalibr”lə zərbə endirmirlər. Sonuncu dəfə “Kalibr” raketləri ilə kütləvi hücum ötən ilin avqustunda olub. 20 ədəd “Kalibr” atmışdılar, biz onların əksəriyyətini vura bildik. İndi bu əsas gəmilər Ukrayna üçün təhdiddir”.
O qeyd edib ki, Ukrayna üçün hipotetik təhlükə yarada bilən Rusiya hərbi gəmilərinin ikinci kateqoriyası desant, 3-cü kateqoriyası raket və akvatoriya mühafizəsi gəmiləridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı