Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna, NATO və Qərbin Kiyevə dəstəyi ilə bağlı bir sıra sərt bəyanatlar səsləndirib.
Sherg.az xəbər verir ki, Zaxarova Ukrayna Silahlı Qüvvələrini Rusiyanın mülki əhalisini və mülki nəqliyyat vasitələrini məqsədli şəkildə hədəfə almaqda ittiham edib. O, Kiyevə hərbi yardım göstərməyə davam edən ölkələrin "terrorizmin maliyyələşdirilməsində iştirakçıya çevrildiyini" iddia edib.
Rusiya XİN sözçüsü həmçinin Ankarada keçirilən NATO Sammitinin nəticələrini tənqid edərək bildirib ki, sammitin yekun bəyannaməsində Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı heç bir konkret müddəa yer almayıb. Onun sözlərinə görə, bəzi Avropa ölkələrinin imkanlarının tükəndiyini etiraf etməsi Kiyevə gələcək dəstəyin perspektivlərinin zəiflədiyini göstərir.
Zaxarova əlavə olaraq Ukrayna hakimiyyətini tarixi siyasət və dini irslə bağlı addımlarına görə də tənqid edib. O, Rusiya tərəfinin mövqeyini təkrarlayaraq bildirib ki, Moskva Ukraynanın "denasifikasiyası" və "demilitarizasiyası" məqsədlərindən geri çəkilməyəcək.