Rusiyalı mütəxəssislər Buşehrə qayıdacaqmı?

Regionda vəziyyət tam sabitləşsə, rusiyalı mütəxəssislər İrandakı Buşehr Atom Elektrik Stansiyasına (AES) bu ayın ortalarında qayıda bilərlər.

Axar.az xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçev deyib.

“Hazırda AES-də vəziyyət sabitdir. Belə davam edərsə, iyulun ortalarında bir neçə rusiyalı mütəxəssis orada yenidən işə başlaya bilər”, - A.Lixaçev qeyd edib.