
Rusiyanın "arxa bağçası": Paşinyan Putinə zidd gedir?
10:07 12.02.2024
Dünya
510
Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında bəzi şəxslərin, o cümlədən Vladimir Putinin həbsi ilə bağlı qərarları Ermənistanda mən qəbul etmirəm.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Teleqraf”a müsahibəsində deyib.
"2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib-edilməyəcəyinə baş nazir qərar vermir", - deyə o bildirib.
“Siz Vladimir Putinə zəng vurub, ona “Gəlməyin, çünki həbs olunmayacağına zəmanət verə bilmirəm” deyə bilərsinizmi” sualına Paşinyan belə cavab verib:
“Düşünmürəm ki, Vladimir Putinin mənim məsləhətlərimə ehtiyacı olsun”.
Məsələ ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Rusif Məmmədsoy bildirib ki, Rusiyanın arxa bağçası olan Ermənistanın hazırkı vəziyyətdə münasibətləri pik həddə çatdırması düzgün deyil:

"Qeyd olunduğu kimi Nikol Paşinyan Vladimir Putinin onun məsləhətinə ehtiyacı olmadığını bildirir. Bununla demək istəyir ki, Putinə nəyin deyilməsindən asılı olmayaraq Ermənistandakı istənilən qüvvə Rusiya lideri ilə o ritorikada danışa bilməz. Çünki Ermənistan hakimiyyəti Qərb yönümlü xətt tutsa belə, vizual olaraq Rusiyadan qopması asand məsələ deyil. Xüsusilə də bü gün dünyanı qarşısına almış Putinə qarşı Paşinyanın əks mövqe nümayiş etdirməsi sadə proses ola bilməz. Çox güman ki, Ukrayna müharibəsi olmasa idi, Paşinyanın açıq şəkildə açıqlamalar verməsi mümkün olmazdı. Ukrayna savaşı Rusiyanın qələbəsi ilə bitərsə, Ermənistanı gələcəkdə böyük bəlaların gözlədiyini demək olar. Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərgin olduğu vaxtlar da olub. İndi isə Rusiya Azərbaycanda edə bilməyəcəyi məqsədlərini Ermənistan üzərindən həyata keçirə bilər. Bunun üçün kifayət qədər təsir rıçaqları mövcuddur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya