ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Maykl Flinn hesab edir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Konqresdəki bəzi dairələr Rusiya ilə NATO arasında mümkün münaqişəni təşviq edirlər.
Teleqraf xəbər verir ki, Flinn bu barədə "X" sosial şəbəkəsində yazıb.
O, ABŞ-nin milli kəşfiyyat direktoru Tulsi Qabbardın Rusiyanın Ukrayna və keçmiş SSRİ məkanını tam nəzarətə götürmək planları barədə iddiaları təkzib edən açıqlamasına münasibət bildirərək qeyd edib ki, "ABŞ-dən başqa Aİ və NATO Rusiyaya qarşı müharibə istəyir".
Flinnin sözlərinə görə, MKİ Böyük Britaniyanın MI-6 xidməti və Avropadakı digər kəşfiyyat qurumları ilə birgə fəaliyyət göstərir.
Sabiq rəsmi ABŞ Prezidenti Donald Trampa müraciət edərək Şərqi Avropa məsələsində qəti mövqe nümayiş etdirməyə çağırıb və ABŞ xalqının artıq müharibə istəmədiyini vurğulayıb.