Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verib
Yusif Nəzərli
16:52 18.11.2022
Dünya
402
Məşhur ukraynalı futbolçu Andrey Şevçenko Milli Olimpiya Komitəsinin yeni tərkibini əsas gətirərək, qurumdan çıxdığını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə Andrey Şevçenko feysbukunda bildirib.
"Ölkə tarixinin ən çətin vaxtında Ukraynanın yanında olmaqdan və qələbəmiz üçün əlimdən gələni etməkdən qürur duyuram. Mən bunu Milli Olimpiya Komitəsində şərəfli iş hesab edirəm, onun əhəmiyyətini anlayıram. Eyni zamanda, mən belə tərkiblə MOK-da qala bilmərəm”, - Şevçenko bildirib.
Onun sözlərinə görə, bütün dünya rusiyalı idmançıların bütün səviyyəli yarışlarda iştirakını boykot edərkən, Ukrayna MOK-un tərkibinə rusiyayönlü siyasi qruplardan olan şəxslər daxildir.
Qeyd edək ki, Andrey Şevçenko futbolçu karyerası ərzində Kiyev "Dinamo"sunun, İngiltərənin "Çelsi" və İtaliyanın "Milan" klublarının şərəfini qoruyub. 1995-ci ildən əsas yığmaya dəvət alan hücumçu 17 il millinin uğuru üçün çalışıb. 2012-ci ildə Şevçenko futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi