"Sizi biz yedizdiririk" - Moskva İrəvanı hədələdi
"Sizi biz yedizdiririk" - Moskva İrəvanı hədələdi
09:34 20.09.2024
Dünya
373
"Nəzərə alsaq ki, biz mütəmadi olaraq erməni tərəfi ilə əlaqə saxlayır, onları məlumatlandırırıq, hesab edirəm, bu məlumat da onlara çatacaq. Mən düşünürəm ki, İrəvanda bizim mövqeyimizi bilirlər və bu cür avantüraları real qiymətləndirmək mövqeyindən çıxış edirlər".
Bakupost.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Ukrayna Sülh Qətnaməsi” kontekstində ərzaq təhlükəsizliyi üzrə tematik konfransda onlayn rejimdə iştirakını şərh edərkən bildirib.
“Biz düşünürdük, onlar yaxşı başa düşürlər ki, bu cür daxili çəkişmələrin siyasi həll axtarışı və sülhün bərqərar olması ilə heç bir əlaqəsi yoxdur, lakin görünür, bunu hamı başa düşmür. Və bu toplantıların bütün iştirakçıları bilməlidirlər ki, Rusiyanın iştirakı olmadan münaqişənin həlli mümkün deyil”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi ilə maraqlanan insanlar ilk növbədə onların ölkələrində bu məsələ ilə bağlı vəziyyətin necə olduğu ilə maraqlanmalıdırlar:
“Ola bilsin, yoldaş Armen Qriqoryan bilmir, mən ona xatırladaram. Ermənistana müxtəlif məqsədlər üçün taxılın 90 faizi Rusiyadan gəlir. Ola bilsin, bunu biləndən sonra ərzaq təhlükəsizliyinizi müzakirə etmək üçün videokonfrans vasitəsilə Rusiya ilə əlaqə saxlayarsınız. Bu düzgün, hörmətli münasibəıtdir. Bəs sizi yedizdirən, ərzaq təhlükəsizliyinizi təmin edənlərin arxasınca hərəkət edib hansısa saxtakarlıqla məşğul olmaq nəyə lazımdır?”
Xatırladaq ki, sentyabrın 4-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan onlayn formatda “Ukrayna Sülh Qətnaməsi” kontekstində ərzaq təhlükəsizliyinə dair tematik konfransda iştirak edib.
Konfrans “Ukrayna üzrə Sülh Qətnaməsi” sammitinin davamıdır. Onlayn konfransda iştirakçılar ərzaq təhlükəsizliyi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm