Suat Delgen: Türkiyə ilə İsrail arasında qarşıdurma ehtimalı gözlənilən deyil
12:34 30.04.2025
Dünya
516
İsrailin davamlı olaraq İranın nüvə obyektlərinə zərbələr endirməsiylə bağlı açıqlamları Amerika-İran arasında danışıqlarda Tehranın əlini zəiflətməyə, Vaşinqtonu gücləndirməyə də hesablana bilər
ABŞ və İsrailin İrana qarşı təzyiqlərinin artması fonunda Tehrana bağlı İraqdakı şiə milisləri regional qarşıdurmaların mərkəzində yer alır. Bu barədə Ərəb-İran Siyasət Forumunun təhlilində bildirilib. Qeyd olunur ki, İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqda təşkil olunan milislərə İsrail tərəfindən cavab zərbəsi endirilməsi halında regional müharibə qaçılmaz olacaq. İsrail Suriyadan sonra İraqda da qarşıdurmaları Türkiyə sərhədinə qədər daşıyaraq xaos yarada bilər: “ABŞ və İran arasında danışıqlar davam edərkən, İsraildən yayılan xəbərlər Təl-Əviv rəhbərliyinin yaxın zamanda Tehranın nüvə obyektlərinə qarşı hərbi əməliyyata başlaya biləcəyini göstərir. İsrail ilə İran arasında qarşıdurma ehtimalı hər keçən gün artır, diplomatik arenada isə İranın nüvə proqramını tamamilə dayandırmasının mümkün olmadığı müzakirə olunur. ABŞ Prezidenti Donald Tramp da son günlərdə İranın nüvə proqramını dayandırmaqdan imtina etməsi halında İsrailin hərbi müdaxiləsinin qaçılmaz olduğunu açıqlamışdı. Lakin İsrail-ABŞ-ın İrana müdaxiləsindən öncə hədəfə alınan başqa bir güc də var. İranın son 11 ildə dəstək verdiyi iraqlı şiə yarımhərbi qüvvə – Xalq Səfərbərlik Gücləri – İraqı da müharibə tənliyinə daxil edə bilər. Bu mövzu ilə bağlı ilk təhlil Vaşinqton İnstitutunda dərc olunub. Təhlildə Xalq Səfərbərlik Güclərinin ABŞ tərəfindən “terrorçu təşkilat” kimi tanındığı qeyd olunur və Bağdadın bu qurumun “daimi təhlükəsizlik qüvvəsi” kimi tanınacağı hüquqi bir çərçivə hazırlığında olduğu bildirilir”. Analizdə qeyd olunur ki, bu qanunun qəbul olunması halında İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bərabər bir güc İraqın təhlükəsizlik sektorunun mərkəzinə yerləşəcək.
Türkiyə Müdafiə Sənayesi və xarici siyasət analitiki Suat Delgen Sherg.az-a söyləyib ki, Türkiyə ilə İsrail arasında qarşıdurma ehtimalı gözlənilən deyil:
“Əvvəllər də demişdim ki, Azərbaycan bu məsələdə vasitəçilik edə bilər. Hazırda da bu məsələ baş tutub. Ərdoğan administrasiyası hazırda Tramp administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa və F-35 layihəsinə qayıtmağa çalışır. Hamı bilir ki, ABŞ və İsrail münasibətləri çox yaxşıdır. Bu konteksdəTürkiyənin ABŞ-yə baxmayaraq İsraillə münaqişəyə girəcəyini düşünmürəm. Digər tərəfdən hazırda Amerika və İran arasında nüvə ilə bağlı görüşlər həyata keçirilir. Alınan son məlumatlara görə görüşlər müsbət atmosferdə davam edir. Amerikanın logistika və hərbi dəstəyi olmadan İsrailin İranın nüvə obyektlərinə zərbələr endirəcəyini düşünmürəm. İsrailin davamlı olaraq İranın nüvə obyektlərinə zərbələr endirməsiylə bağlı açıqlamları Amerika-İran arasında danışıqlarda Tehranın əlini zəiflətməyə, Vaşinqtonu gücləndirməyə də hesablana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demet Akalına toxunan şəxsə şillə!
07:17 19.09.2026
Şou
Araqdan beyində degenerasiya baş verir
06:42 19.09.2026
Sağlamlıq
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət