“Taliban” Çinə təklif verdi: “İndi söz sizdədir, tələsin”
Yusif Nəzərli
13:58 28.11.2022
Dünya
552
Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı Çinə “Vaxan dəhlizi”nin logistik potensialını inkişaf etdirməyi təklif edib.
Bu barədə Əfqanıstanın sənaye və ticarət naziri Nurəddin Əzizinin Çinin Çendu şəhərində Mərkəzi və Qərbi Asiyadan olan sahibkarların nəqliyyat və logistika sammitinin iştirakçılarına ünvanladığı məktubunda qeyd olunub.
“Taliban” üzvü xatırladıb ki, tarixi İpək Yolu məhz Bədəxşan əyalətinin Vaxan bölgəsindən keçib.
“Vaxan dəhlizi”nin canlanması logistika xərclərini azaltmağa, Kabil və Pekin arasında ticarət dövriyyəsini artırmağa kömək edəcək. Əfqanıstan bu layihəyə başlamağa hazırdır - söz çinlilərin ixtiyarındadır, lakin onlardan tələsmələri xahiş olunur”, - məktubda yazılıb.
Məlumat üçün qeyd edək ki, “Vaxan dəhlizi” adlanan məkan Şərqi Əfqanıstanda, Bədəxşan vilayətinin Vaxan səmtindədir. Dəhliz ölkəni Çinlə birləşdirir. “Vaxan dəhlizi”nin şimal hissəsi Pamir dağlarına, cənub-qərb hissəsi Hinduquş dağlarına aiddir. Dəhlizin uzunluğu 220 kilometrdir. Bu ərazi ölkənin ən hündür bölgəsi hesab olunur.
Mənbə: Sputnik Əfqanıstan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media