Onsuz da müxalifət düşərgəsi parlament seçkilərindən sonra hakimiyyəti saxtakarlıqda ittiham edir, mitinqlərə başlayacağını deyirdi. Meliyanın həbsi müxaliflər üçün göydəndüşmə oldu. İndi müxalifət yenidən parlament seçkilərinin keçirilməsini tələb edir. Hökumət isə bunun əleyhinə çıxır. Baş nazir vəzifəsinə irəli sürülən İrakli Qaribaşviili də növbədənkənar parlament seçkisinin keçirilməsinin əleyhinə çıxış edib. Hadisələr fonunda sabiq prezident Mixail Saakaşvilinin də Gürcüstandakı tərəfdarlarına çağırışları artmaqdadır. Necə ki, Ermənistanın müxalifət liderləri Baş nazir Nikol Paşinyanı devirməyə çağırır, oxşar çağırışları Saakaşvili Gürcüstan üçün edir. Gürcüstanın iqtisadi durumu da ağırlaşıb. Nəzərə alaq ki, qonşu ölkənin əsas gəlir mənbələrindən biri turizm idi, ancaq koronavirus hər yerdə olduğu kimi Gürcüstanda da bu sahəni çökdürüb.
Tbilisi çalxalanır
Turan
23:42 23.02.2021
Dünya
584
Gürcüstanda nəzərlər yenidən Saakaşviliyə dikilir
"Müxalifət hesab edir ki, hakimiyyət tərəfindən atılan radikal addımlar ölkəni Qərbin dəstəyindən məhrum edəcək və onu Rusiyanın orbitinə qaytaracaq"
Ermənistanla yanaşı Gürcüstanda da siyasi xaos davam edir. Məlum olduğu kimi Gürcüstanın əsas müxalif partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Nika Meliya həbs edilib. Polis əməkdaşları Meliyanı partiyanın baş ofisində həbs edərkən bibər qazından istifadə ediblər. Müxalif partiya sədrinin həbsinə hazırlıq baş nazirin istefasına səbəb olub. Bu fakt göstərir ki, hakimiyyətdə həbslə bağlı yekdil qərar olmayıb. Çünki həbs qərarının ölkəni qarışdıracağı ehtimalı az deyildi.
Onsuz da müxalifət düşərgəsi parlament seçkilərindən sonra hakimiyyəti saxtakarlıqda ittiham edir, mitinqlərə başlayacağını deyirdi. Meliyanın həbsi müxaliflər üçün göydəndüşmə oldu. İndi müxalifət yenidən parlament seçkilərinin keçirilməsini tələb edir. Hökumət isə bunun əleyhinə çıxır. Baş nazir vəzifəsinə irəli sürülən İrakli Qaribaşviili də növbədənkənar parlament seçkisinin keçirilməsinin əleyhinə çıxış edib. Hadisələr fonunda sabiq prezident Mixail Saakaşvilinin də Gürcüstandakı tərəfdarlarına çağırışları artmaqdadır. Necə ki, Ermənistanın müxalifət liderləri Baş nazir Nikol Paşinyanı devirməyə çağırır, oxşar çağırışları Saakaşvili Gürcüstan üçün edir. Gürcüstanın iqtisadi durumu da ağırlaşıb. Nəzərə alaq ki, qonşu ölkənin əsas gəlir mənbələrindən biri turizm idi, ancaq koronavirus hər yerdə olduğu kimi Gürcüstanda da bu sahəni çökdürüb.
Qonşu ölkədəki qarşıdurmanı “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Gürcüstanda müxalifətə təzyiqlər artıb. Analitikin fikrincə, Nika Meliyanın həbs qərarı hakimiyyətlə dialoq perspektivini azaldır:
“Məsələ ondadır ki, faktiki olaraq Gürcüstanda bütün müxalifət liderlərinə qarşı cinayət işləri qaldırılıb. Həmçinin, müxtəlif səbəblərdən vaxtilə xitam verilən bir çox köhnə işlər yenidən qaldırılıb. Bu isə vəziyyəti daha gərginləşdirir. Gürcüstan müxalifəti belə hesab edir ki, hakimiyyət tərəfindən atılan radikal addımlar ölkəni Qərbin dəstəyindən məhrum edəcək və onu Rusiyanın orbitinə qaytaracaq”.
Ekspertin sözlərinə görə, rəsmi Tiflisə qarşı Qərbin təzyiqləri də arta bilər:
“Maraqlı olan odur ki, daha da gərginləşən proseslər fonunda nəzərlər yenidən sabiq prezident Mixail Saakaşviliyə dikilir. Gürcülər artıq vətəndaş qarşıdurmasından beziblər və növbəti vətəndaş müharibəsi arzulamırlar. Tərəflər arasında dialoq lazımdır.
Böhrandan çıxış yolu təqdim edən Saakaşvili isə yenidən siyasi Olimpə yüksələ bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya