ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətini hədəf alan paylaşım edib.
Axar.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” səhifəsində paylaşıb.
Tramp üzərində “İranın pulu yoxdur” yazılmış qrafik yayımlayıb və paylaşımına “51 illik pis davranış!” ifadəsini yazıb.
Qrafikdə İran rialının ABŞ dolları qarşısında son dövrdə kəskin ucuzlaşdığı göstərilir. Şəkildə 1 milyon İran rialının 2025-ci ilin əvvəlində təxminən 1,11 dollar olduğu, 2026-cı ilin üçüncü rübündə isə 0,53 dollara qədər gerilədiyi görünür. Qrafikin sonunda İran valyutası “zibil” ifadəsi ilə təqdim olunub.