ABŞ Prezidenti Donald Tramp iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində alyans üzvlərini müdafiə xərclərini artırmağa çağıracaq.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, iyulun 7-də sammitə qatılacaq Tramp NATO müttəfiqlərinə müdafiə sahəsinə daha çox vəsait ayırmağın vacibliyini birbaşa çatdıracaq.
"Prezident NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracaq. O, bunu şəxsən bəyan edəcək", – ABŞ rəsmisi bildirib.
Məlumata görə, Tramp sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Əhməd əş-Şəraa ilə də görüşlər keçirəcək. ABŞ liderinin həmçinin mətbuat konfransında çıxış edəcəyi gözlənilir.
Ağ Evin nümayəndəsi bildirib ki, sammit zamanı milyardlarla dollar dəyərində hərbi müqavilələrin elan olunacağı gözlənilir. Lakin bu müqavilələrin məzmunu barədə əlavə məlumat verilməyib.