ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə əl sıxdığı fotosunu “Truth Social” platformasında “Dostum” qeydi ilə paylaşıb.
Teleqraf xəbər verir ki, Tramp, həmçinin Putinlə əl sıxdığı digər görüntüləri və noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən üçtərəfli sammitdən fotoları da yayımlayıb.
Qeyd edək ki, cümə günü Tramp Putinlə şəxsi münasibətlərini “fantastik” adlandırıb və bunun ABŞ-yə fayda verdiyini bildirib. O, Şençjendə Rusiya Prezidenti ilə görüşü zamanı da Putini dostu adlandırıb.