Görən telefona sarıldı

  • Bursa şəhərinin səmasında UNO-ya bənzər bulud göründü

Türkiyənin Bursa şəhərində UNO-ya bənzəyən nadir linza formalı bulud müşahidə olunub.

Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, bulud Osmangazi, Nilüfer, Kestel, Gürsu və Yıldırım rayonlarından görünüb və bir müddət formasını qoruyub. Təbiət hadisəsi sakinlərin diqqətini cəlb edib, çoxsaylı insanlar onu mobil telefonları ilə lentə alıblar.

Meteorologiya Baş İdarəsinin məlumatına əsasən, linza formalı buludlar relyef maneələrinin yaratdığı külək dalğalanmaları nəticəsində əmələ gəlir. Bu buludlar dağlıq ərazilərin küləkdən qorunan tərəfində aşağı istiqamətli turbulent hava axınlarının mövcudluğunu göstərir.

Oroqrafik proses nəticəsində yaranan və görünüşünə görə UNO-nu xatırladan belə buludlara fön küləklərinin müşahidə edildiyi müxtəlif coğrafi ərazilərdə rast gəlmək mümkündür.