Tramp: Qəzzada tezliklə sülh bərpa olunacaq

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında tezliklə sülhün bərpa olunacağına əmindir.

Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edərkən söyləyib.

O, İsrailin baş naziri ilə əl sıxdıqdan sonra mətbuat mənsublarına "Bəli. Mən buna çox əminəm" deyə, bildirib.