Tramp: Ukrayna münaqişəsi ya başa çatacaq, ya da çox uzun müddət davam edəcək

Tramp: Ukrayna üzrə danışıqlar yekun mərhələdədir

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqların yekun mərhələdə olduğunu bildirib.

“Düşünürəm ki, biz danışıqların son mərhələsindəyik və görəcəyik… ya bu münaqişə başa çatacaq, ya da çox uzun müddət davam edəcək”, – deyə Tramp Floridada Vladimir Zelenski ilə görüşü zamanı bəyan edib.

Sherg.az xəbər verir ki, Tramp həmçinin qeyd edib ki, Ukrayna üzrə nizamlanma prosesi ilə bağlı hər hansı son tarix müəyyən etmir.

Bununla yanaşı, ABŞ prezidenti münaqişənin tənzimlənməsinin “çox sürətlə” baş verə biləcəyi fikrini də ifadə edib.

Dekabrın 28-də Floridadakı Mar-a-Laqo iqamətgahında Donald Tramp və Vladimir Zelenski arasında görüş başlayıb.