
Trampın ikili şantaj taktikası: ABŞ Rusiya və Ukraynaya təzyiqləri artıra bilər
09:53 21.01.2025
Dünya
586
Vladimir Putin Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün razılığa gəlməkdən imtina etməklə Rusiyanı məhv edir. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tramp bildirib ki, Putin razılaşmalıdır. Hesab edirəm ki, o, sövdələşməyə getməməklə Rusiyanı məhv edir. Rusiyanın böyük problemləri olacaq. Əksəriyyət müharibənin bir həftəyə bitəcəyini düşünürdü, amma indi üç ildir ki, davam edir.
ReAL Partiyasının sədri Natiq Cəfərli "Sherg.az"a bildirib ki, Donald Trampın bu məsələyə yanaşması ikili şantaj metodudur:

“Sözügedən metod Amerika Birləşmiş Ştatları siyasətində çoxdan bilinən, hətta Henri Kissincerin dövründən qalan siyasi gedişdir. Bu deməkdir ki, hər iki tərəfə Amerikanın təklif edə biləcəyi və təhlükə yaradacağı amillər var. Yəni Amerika Ukraynaya yardımı dayandırmaqla, Rusiyaya isə rəsmi Kiyevə dəstəyi artırmaqla basqı edə bilər. Çox güman ki, ikili şantaj metodu müəyyən nəticələrə səbəb olacaq. Onsuz da müharibər gec-tez sülh danışıqlarıyla bitir və daimi davam edən savaşlar olmur. Ona görə də düşünürəm ki, yaxın zamanlarda Tramp ilə Putin arasında telefon danışıqları olacaq. Telefon danışığı zamanı Rusiyanın qərarından asılı olaraq onu hansı təhlükənin və yaxud uğurların gözləniləcəyi açıqlanacaq. Məsələn, sanksiyaların yumşaldılması, Krım məsələsində müəyyən güzəştlərin olma ehtimalı var. Hesab edirəm ki, ikili məcburiyyət prinsipinin yaxın zamanda hansı nəticələr verə biləcəyini görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm