Türkiyə və Pakistan arasında 5 milyardlıq sövdələşmə

Türkiyə Pakistanla ticarət əlaqələrini qarşlılıqlı inkişaf etdirərək, 5 milyard dollar həcminə çatdırmaq üçün addımlar atacaq.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə bildirib.

Görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Türkiyə lideri iki ölkə arasında hər sahədə, xüsusilə enerji, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsini vurğulayıb. O, İstanbul-Tehran-İslamabad qatar xəttinin yaradılmasının vacibliyini, təhsil sahəsində konkret addımların atılmasına da qeyd edib.