Noyabr ayında Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzasının araşdırılması davam edir.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Onun sözlərinə görə, TUSAŞ qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılması işlərini davam etdirir.
Nazir C-130 təyyarələrinin dünyada ən təhlükəsiz təyyarələrdən biri hesab edildiyini və təxminən 70 ölkədə istismar olunduğunu vurğulayıb.
Gülər təyyarə qəzasından sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün C-130 təyyarələrinin yoxlamaya göndərildiyini qeyd edib:
"Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək. Araşdırmanın nəticəsini isə tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq", - deyə nazir bəyan edib.