Üçüncü Dünya müharibəsi ilə bağlı tarix verildi – Başlama səbəbi də göstərildi
11:12 06.05.2025
Dünya
407
ABŞ və Qərbi Avropa sakinləri əmindirlər ki, 5-10 il ərzində nüvə silahının istifadəsi ilə Üçüncü Dünya müharibəsinin başlanması mümkündür.
Teleqraf xəbər verir ki, bunu İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar “The Guardian” və “YouGov”un keçirdiyi sosial sorğunun nəticələri göstərir.
ABŞ və Qərbi Avropa sakinləri Üçüncü Dünya müharibəsinin başlamasının ən çox ehtimal olunan səbəbinin Rusiya ilə münasibətlərdəki gərginlik olduğunu düşünürlər. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniyada respondentlərin 41-55 faizi yaxın 5-10 il ərzində yeni dünya müharibəsinin mümkünlüyünə inandığını bildirib. Bu fikri amerikalıların 45 faizi bölüşür.
Sorğuda iştirak edənlərin 68-76 faizi nüvə silahının yeni dünya müharibəsində istifadə olunacağına inanır. Respondentlərin 57-73 faizi Üçüncü Dünya müharibəsinin İkinci Dünya müharibəsindən daha çox insan itkisi ilə nəticələnəcəyini iddia edir.
Bundan əlavə, Qərbi Avropa sakinlərinin əksəriyyəti ölkələrinin dünya müharibəsində iştirak edəcəyinə əmindir. İtaliyalıların 66, britaniyalıların 89 faizi buna inanır.
Sorğuda Rusiya yeni dünya müharibəsinin ən çox ehtimal olunan səbəbi hesab olunur. Bu fikri avropalıların 72-82 faizi, amerikalıların 69 faizi ifadə edib.
Həmçinin Qərbi Avropada ABŞ-yə qarşı mümkün hərbi münaqişə də istisna edilmir. İspaniyada respondentlərin 58 faizi ABŞ ilə gərginliyin qitədə sülh üçün əsas təhlükə olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə