Ukrayna Baş Kəşfiyyatı: Rusiya öz ərazisində terror aktları planlaşdırır
Yusif Nəzərli
10:42 12.04.2022
Dünya
963
“Rusiya Federasiyasının rəhbərliyi öz ərazisində terror aktları planlaşdırır”.
Bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Facebook”da yazıb.
“Rusiya kəşfiyyat xidmətləri Rusiyanın yaşayış məntəqələrində yaşayış binalarını, xəstəxanaları və məktəbləri minalamaqla, partlatmaqla silsilə terror hücumları planlaşdırırlar. Xüsusən də, Belqorodu bombalaya və ya Krımda terror aktları təşkil edə bilərlər”, - deyə ukraynalı general-mayor bildirib.
Kəşfiyyat rəhbəri qeyd edib ki, bu, Rusiya hökumətinə Ukraynaya qarşı tətbiq edilən müharibədə növbəti uğursuzluğa haqq qazandırmaq və ruslar arasında isteriya yaymaq, habelə səfərbərliyi stimullaşdırmaq üçün lazımdır:
“Onlar “Ukrayna millətçilərinin vəhşilikləri” haqqında emosional mənzərə yaratmaq məqsədilə Ukrayna Silahlı Qüvvələrini və könüllü batalyonları günahlandırmaq üçün Rusiya yaşayış binalarında partlayışlar və ya raket hücumları planlaşdırırlar. Tamamilə mümkündür ki, bu hücumları ukraynalıların Buça və Kramatorskdan qisası kimi qələmə versinlər, eləcə də bununla Ukraynanın mülki əhalisinə qarşı qəddarlığa bəraət qazandırsınlar”.
O vurğulayıb ki, Rusiya Çeçenistanda da müharibə başlamaq üçün eyni şəkildə hərəkət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət