Ukrayna ordusu Kurskda yenidən hücuma keçdi

Ukrayna ordusu Kursk vilayətində yenidən hücuma keçib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya hərbi müxlbirləri məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusu 5-6 nəfərlik kiçik dəstələrlə müxtəlif istiqamətlərdən hərəkət etməyə çalışır.

Məlumata görə, hazırda Tetkino sərhədyanı yaşayış məntəqəsində döyüşlər gedir.

Faktla bağlı nə Ukrayna, nə də Rusiya hərbi komandanlığı açıqlama verməyib.