Ukrayna ordusu qarışdı: “Dəmir general” işdən çıxarılacaqmı?
12:02 01.02.2024
Dünya
741
Ukrayna prezidenti Zelenskinin Baş Qərargah rəisi Zalujnini vəzifəsindən azad edəcəyi iddia edilib. İddialara görə, Zelenski buna səbəb kimi ölkəsinin Rusiyaya qarşı hücumunun uğursuzluğunu göstərib. Digər iddia isə Ukrayna liderini “dəmir general” ləqəbli Zalujninin siyasi bəyanatlarından narahat olmasıdır.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya ilə müharibənin üçüncü ilinə qədəm qoymağa hazırlaşan Ukraynada Baş Qərargah rəisi Valeri Zalujninin taleyi gündəmdədir. Ukrayna prezidenti Vladimir Zelenskinin Zalujnini istefaya göndərəcəyi iddia edilirdi. İddialara görə, qərara səbəb Ukraynanın əks-hücumunun uğursuzluğu olub. Bununla belə, Zelenskini “dəmir general” ləqəbli Zalujninin siyasi bəyanatlarından narahat olduğu bildirilir. İctimai rəy sorğularına görə, Zalujni gələcəkdə Zelenskinin rəqibi ola biləcək güclü fiqurdur.
Zelenskinin “dəmir general”ı işdən çıxarmaq istədiyi və Zalujninin müqavimət göstərdiyi iddia edilərkən, Britaniyanın “The Guardian” qəzeti Zelenskinin Zalujnini başqa vəzifəyə təyin etməyi düşündüyünü yazıb.
Müdafiə naziri Rustem Umerovun iştirak etdiyi iclasda vəziyyət Zalujniyə çatdırılsa da, “dəmir general” bu tapşırığı rədd edib. Nəhayət, CNN İnternational Zalujninin istənilən halda işdən çıxarılacağını iddia edib. Məsələyə yaxın mənbələrə əsaslanan xəbərdə Zelenskinin verdiyi qərarın həftə sonuna qədər rəsmiləşəcəyi bildirilib. Zelenskinin “dəmir general” yerinə təyin etməyi düşündüyü şəxs Müdafiə Kəşfiyyatının rəisi, 38 yaşlı Kirilo Budanovdur. Digər namizəd isə Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırskidir.
Şayiələrə görə, “dəmir general” ictimaiyyətdə Zelenskinin varisi kimi görünür. Keçən ilin dekabrında Kiyev Sosiologiya İnstitutunun keçirdiyi sorğu nəticəsində məlum olub ki, ukraynalıların 88 faizi Zalujnı dəstəkləyir. Bu sorğuda Zelenskinin nisbəti yüzdə 62 olaraq təyin olundu. 2023-cü ilin noyabrında Böyük Britaniyada nəşr olunan The Economist jurnalına verdiyi müsahibədə Zalujni Rusiya ilə müharibəni “dalanda” adlandırmışdı.
Zelenski 203-cü ilin sentyabrında müdafiə naziri Oleksi Reznikovu vəzifəsindən azad edib. Müharibənin başlaması ilə Reznikov milyardlarla dollarlıq xarici hərbi yardımın ölkəyə çatmasını təmin etməyə çalışırdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual