Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu açıqlayıb.

APA xəbər verir ki, o bu barədə Nyu-Yorkda çıxışı zamanı danışıb.

"Nəhayət, İranı məğlub etdiyimiz və onlar ciddi məğlubiyyətə uğradıqları zaman, mən Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm", - Tramp deyib.

Bunun çox tezliklə baş verəcəyini qeyd edən ABŞ prezidenti sözlərinə belə davam edib: “Biz blokadaya malikik. İstəmədiyimiz halda heç bir gəmi oradan keçə bilməz”.