
Ukrayna savaşında ciddi dönüş! - “Rusiya kollapsla üzləşə bilər”
Yusif Nəzərli
11:27 04.10.2022
Dünya
536
“Ukrayna ordusu təşəbbüsü tam şəkildə ələ keçirib. Rusiya üçün həlledici mərhələ artıq başlayıb”
“İndi rəsmi Moskvanın əlində yalnız nüvə faktoru qalıb. Və Kreml vəziyyətin çıxılmaz olduğuna əmin olarsa, nüvə silahından istifadə təhlükəsi də arta bilər”
Rusiya Dövlət Duması növbədənkənar iclası zamanı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın tərkibinə daxil olmaları barədə müqavilələri ratifikasiya edib. Sənədləri Dövlət Dumasına Rusiya Prezidenti Vladimir Putin təqdim edib. Sənəddə qeyd edilir ki, yeni rayonların sərhədləri onların yarandığı və Rusiyanın tərkibinə qatıldığı gündəki sərhədlərlə müəyyən edilir.

Analitik Elçin Xalidbəyli Ukraynanın dörd vilayətinin Rusiyaya birləşdirilməsi ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, bu istiqamətdə atılmış bütün addımlar beynəlxalq hüquq normalarına ziddir:
“Sözügedən qərar beynəlxalq səviyyədə tanınmır və heç vaxt da tanınmayacaq. Ukrayna əslində, Rusiyanın ilhaq addımlarına artıq ciddi reaksiyalar verib. Birincisi, prezident Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlük müraciətini imzalayıb. Təəssüf ki, ABŞ və Qərb Ukraynanın bu reaksiyasını çaşqınlıqla qarşılayıb. Qərb siyasi dairələri özlərini elə aparırlar ki, guya çox gözlənilməz və onların öhdəsindən gələ bilməyəcəyi bir hadisə baş verib. Halbuki, Rusiyanın Ukraynaya qarşı işğalçı savaşa başlamasında Kremlin əsas bəhanəsi məhz rəsmi Kiyevin NATO üzvlüyünə cəhd göstərməsi ilə birbaşa bağlıydı. ABŞ və Qərb də savaş ərəfəsində Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiyini qabardırdı.
İndi isə gözlənilmədən müəmmalı mövqe tuturlar. Hətta Ağ Evdən bəyanat verilib ki, hazırda Ukraynanın NATO-ya üzvlüyünü müzakirə etmək vaxtı deyil.
Halbuki, işğala məruz qalan Ukraynadan fərqli olaraq, gələcəkdə Rusiyanın hərbi təcavüzü ilə üzləşə biləcək İsveç və Finlandiyanı elə indidən NATO-nun "təhlükəsizlik çətiri" altına almağa çalışırlar. Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Ukraynaya münasibətdə səmimi deyillər.
Onlar Ukraynadan sadəcə, öz strateji maraqlarını təmin etmək məqsədilə istifadə edirlər. Əslində isə Ukrayna həm ABŞ və Qərbə, həm də NATO-ya lazım deyil.
NATO ümumiyyətlə, Ukrayna kimi problemli ölkələri öz sıralarına qəbul etmir. Belə anlaşılır ki, Ukrayna heç vaxt NATO sıralarına qəbul edilməyəcək. ABŞ və Qərb isə Ukraynanın sayəsində Rusiyanın zəifləməsinə nail olduqdan sonra rəsmi Kiyevə dəstəyini də böyük ehtimalla dayandıracaq”.
Siyasi şərhçinin sözlərinə görə, Ukrayna hazırda daha çox öz savaş potensialına güvənməlidir:
“Rəsmi Kiyevin Rusiya ilhaqına verdiyi ikinci reaksiya modeli də bunu təsdiqləyir. Belə ki, Ukrayna ordusu Kremlin Rusiya sərhədçiləri içərisində olduğunu elan etdiyi əraziləri işğaldan azad edir. Bununla da, Rusiyanın ilhaq ssenarisi ciddi şəkildə pozulmuş kimi görünür. Rusiya ordusu artıq müdafiə olunmaqda ciddi çətinliklərlə üzləşib. Ukrayna ordusu işğal altında olan əraziləri tədricən Rusiya qoşunlarından təmizləyir.
Bu baxımdan, Rusiyanın Ukrayna savaşında məğlubiyyətinin qaçılmaz olduğunu Kremldə də anlayırlar. Ona görə də, hesab etmək olar ki, Ukrayna savaşında artıq ciddi dönüş yaranıb. Ukrayna ordusu təşəbbüsü tam şəkildə ələ keçirib. Rusiya üçün həlledici mərhələ artıq başlayıb. İndi rəsmi Moskvanın əlində yalnız nüvə faktoru qalıb.
Və Kreml vəziyyətin çıxılmaz olduğuna əmin olarsa, nüvə silahından istifadə təhlükəsi də arta bilər. Ancaq istənilən halda, Rusiyanın bu savaşdan qalib çıxmaq şansları artıq qalmayıb. Böyük ehtimalla yaxın iki ay ərzində Rusiya bütün sahələr üzrə kollaps ilə üzləşə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi