
Ukrayna və Rusiya müharibədən bezib -ŞƏRH
Yusif Nəzərli
03:10 06.09.2024
Dünya
480
Putin Türkiyədə əldə olunmuş razılaşma əsasında sülh danışıqlarına qayıtmağa hazırdır
“Faktiki olaraq tərəflərin ikisi də iqtisadi çöküş dövrünü yaşayır. Əslində, Türkiyə bu məsələdə vasitəçi ola bilərdi”
Rusiya 2022-ci ildə İstanbulda (Türkiyə) əldə olunmuş razılaşma əsasında Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Rusiya lideri bildirib ki, Moskva danışıqlardan heç vaxt vaz keçməyib: "Amma bəzi xüsusi tələblər əsasında yox, İstanbulda razılaşdırılan və faktiki paraflanan sənədlər əsasında”. Putinin sözlərinə görə, o zaman mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri razılaşdırılıb, amma sonra Böyük Britaniya prosesə müdaxilə edib və Ukrayna hakimiyyəti başqa yol tutub. Həmçinin Putin qeyd edib ki, Çin, Hindistan və ya Braziliya sülh danışıqlarında vasitəçi ola bilər: “Bu məsələdə tərəfdaşlarımızla daimi əlaqə saxlayıram. Şübhə etmirəm ki, bu ölkələrin rəhbərləri bu mürəkkəb prosesin bütün təfərrüatlarını başa düşməyə kömək etməyə səmimiyyətlə sadiqdirlər”. Kremlin mətbuat katibi Dmitri Peskov da deyib ki, Rusiya Ukraynada öz məqsədlərinə dinc yolla nail olmaq istərdi, lakin qarşı tərəf danışıqlara hazır olmadığı üçün xüsusi hərbi əməliyyat keçirməyə məcburdur: “Bizim üçün əsas odur ki, qarşımızda duran məqsədlərə nail olaq. Ondan sonra hansı üsullardan istifadə olunması ikinci dərəcəlidir. Təbii ki, bunu dinc yolla etmək daha məqsədəuyğundur, lakin biz görürük ki, nə Vaşinqton, nə Avropa dövlətləri, nə də Ukrayna indi siyasi-diplomatik vasitələrə meyilli deyil. Buna görə də, xüsusi əməliyyat məqsədlərə tam nail olunana qədər davam etməlidir”. Ukrayna Prezidenti Volodimir Zelenski də deyib ki, Ukraynada sülh üzrə ikinci sammitdə Rusiya tərəfinin nümayəndələri də mütləq təmsil olunmalıdır. O əlavə edib ki, ölkəsi tərəfdaşları ilə birlikdə müharibənin başa çatması üçün detallı bir plan hazırlayır: “Biz Putinin səbəb olduğu böhranların hər biri üzrə ətraflı müzakirələr aparırıq. Onu ikinci sammitdə təqdim edəcəyik. Başa düşürük ki, Rusiya tərəfinin iştirakı olmadan müharibəni diplomatik yolla başa çatdırmaq çox çətin olacaq. Rusiyanın ikinci zirvə görüşündə təmsil olunmasını bizdən tərəfdaşlarımız istəyib”.
Politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, Rusiya Prezidenti V.Putin sülh və anlaşma deyərkən, xüsusən Türkiyənin rolunu xatırladarkən daha çox "taxıl sazişi" kimi məsələləri nəzərdə tutur. Ekspertin fikrincə, ara-sıra təşəbbüslər olsa da, Moskva-Kiyev arasında ciddi razılaşma əldə olunmayıb:

"Əgər tərəflər arasında ciddi anlaşma olsaydı, zamanla bunu qalıcı müqaviləyə çevirmək mümkün olardı. Putinin Çini, Hindistanı vasitəçi kimi önə sürməsi təsadüfi deyil. Kreml rəhbəri vəziyyəti çox yaxşı başa düşür. İqtisadi vəziyyət Ukraynada necə bərbaddırsa, Rusiya da ona doğru getməkdədir. Faktiki olaraq tərəflərin ikisi də iqtisadi çöküş dövrünü yaşayır. Əslində, Türkiyə bu məsələdə vasitəçi ola bilərdi. Çin, Hindistan, Braziliya kimi ölkələrin vasitəçiliyinə Qərb razılıq verməyəcək. ABŞ və Avropa ölkələri, o cümlədən müharibənin davam etməsində maraqlı güclər sülh prosesinin başladılmasına imkan verməyəcəklər. Hadisələrin gedişi bunu göstərir. Rusiyanın Ukraynadan çəkilməsi Rusiyanın qısa zamanda parçalanmasına, Putin hakimiyyətinin ciddi zərbə almasına gətirib çıxara bilər. Digər variant isə Kiyevin ərazi itkiləri ilə razılaşmasıdır ki, bu da Ukraynanın tamamilə dağılması anlamına gələcək. O baxımdan hələlik sülhdən danışmaq çox tezdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya