Ukrayna XİN: ABŞ silah tədarükünü dayandırmayıb

ABŞ hökumətinin fəaliyyətini dayandırması Ukraynaya Amerika silahlarının çatdırılmasını gecikdirməyib.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi deyib.

O bildirib ki, Ukraynaya silah tədarükünün dayandırılması barədə məlumatlar həqiqətə uyğun deyil:

"Ukrayna ilə ABŞ arasında PUA-lar ilə bağlı razılaşmaya hazırlıq planlaşdırıldığı kimi davam edir. Eyni zamanda tədarüklər gəlməkdə davam edir".