İsrail ABŞ-dan 4 milyard dollarlıq hərbi yardımın kəsiləcəyini təsdiqlədi

ABŞ İsrailə hər il ayırdığı təxminən 4 milyard dollarlıq hərbi yardımı dayandıracaq.

Sherg.az xəbər verir ki, İsrail Baş nazir Benyamin Netanyahunun ofisi ABŞ Prezidenti Donald Trampın yardımı dayandırmaq qərarını təsdiqləyib.

İsrail Baş nazirliyinin sözçüsü Doron Şpilman bildirib ki, ölkə ABŞ-dan aldığı hərbi yardımdan həm özünü müdafiə etmək, həm də Qərb ölkələrinin düşmənlərinə qarşı mübarizə aparmaq üçün istifadə edir.

O, İsrailin güclü iqtisadiyyata malik olduğunu vurğulayaraq, iki ölkə arasında münasibətlərin yardım modelindən tərəfdaşlıq səviyyəsinə keçdiyini iddia edib.

Qeyd edək ki, Tramp noyabrın 3-də İsrailə ayrılan 4 milyard dollarlıq yardımın dayandırılacağını açıqlamışdı. Yardımın konkret hansı tarixdən kəsiləcəyi isə hələ məlum deyil.