Ukraynada müharibə nəticəsində 437 uşaq ölüb, 837-si yaralanıb
Yusif Nəzərli
09:42 19.11.2022
Dünya
309
Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində yetkinlik yaşına çatmayan 437 uşaq ölüb, 837-si isə yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun noyabrın 19-da yaydığı məlumatda bildirilib.
İnformasiyaya əsasən, noyabrın 18-də Rusiya hərbçiləri Ukraynanın Zaporojye vilayətinin Kamış-Zarya kəndində aralarında 5 və 14 yaşlı uşaqlar da olmaqla bir ailəni güllələyərək öldürüblər. Prokurorluq Rusiya hərbçilərinin son günlərdə törətdikləri belə hadisələrlə bağlı başqa nümunələr də göstərib.
Vurğulanıb ki, uşaqlar ən çox Donetsk vilayəti (423 uşaq), Xarkov (266), Kiyev (117), Nikolayevsk (77), Zaporojye (75), Çerniqovsk (68), Xerson (64), Luqansk (64) və Dnepropetrovskda (32) xəsarət alıblar.
Eyni zamanda Rusiya hərbçilərinin Ukrayna ərazisini bombalaması nəticəsində 2 719 təhsil müəssisəsinə ziyan dəyib, 332-si isə tamamilə dağlıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi