Vəziyyət daha da pisləşəcək
00:29 04.09.2021
Dünya
611
Ölkədə böyük aclıq, yoxsulluq hökm sürür
"Taliban" hakimiyyətə gəlməyin yolunu bilirdi
"Taliban" hərəkatı hakimiyyət dəyişikliyindən sonra bu ölkədəki səfirliklərini bağlayan xarici dövlətləri onları yenidən Kabilə qaytarmağa çağırır. Bu barədə "Taliban" Siyasi Bürosunun üzvü Məhəmməd Naim "RİA Novosti"yə bildirib. O deyib ki, Kabildə təhlükəsizliyi təmin edirlər. Onun sözlərinə görə, "Taliban" qonşu ölkələrlə, dünya ictimaiyyəti və bölgə ölkələri ilə dialoq aparmaq istəyir".
"Taliban"ın hazırda iqtisadi vəziyyətinin ürəkaçan olmadığını deyən politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, əslində "Taliban"ın özü də ölkəni bu qədər rahatlıqla ələ keçirəcəklərini düşünmürdü:
"Ölkənin dayanması üçün isə ilk növbədə maddi vəsait lazımdır. Qeyd edim ki, Əfqanıstan Mərkəzi Bankının cəmi 9 milyard rezervi var. Onun 7 milyardı Amerikadadır, 2 milyardı isə Avropadadır, yəni faktiki olaraq ölkədə "Taliban"ın pulu yoxdur.
Əfqanıstanın xeyli əhalisi immiqrant kimi xaricə köçüb.
Onlar əvvəllər həmin ölkələrdən öz ölkəsinə pul göndərirdi. Lakin indi bilirsiniz ki, banklar işləmir. Demək ki, Əfqanıstan əhalisi hazırda xaricdən pul ala bilmir. Həmçinin, aeroportda baş verən partlayışlar və digər səbəblərdən də ölkəyə gediş-gəliş yoxdur.
Nəticədə ölkədə qıtlıq yaşanır. Ərzaq qiymətləri 50-60 faiz, yanacaq qiymətləri yenə 50-70 faiz qalxıb. Düzdür, "Taliban" hakimiyyətə gəlməyin yolunu bilirdi, ancaq onu saxlamağın yolunu bilmirdi və bu məsələdə o çox təcrübəsizdir.
Ona görə də "Taliban" özü dəfələrlə Türkiyədən xahiş edib ki, aeroportu işlətsinlər ki, xariclə əlaqələri olsun. Həmçinin, xarici ölkələr səfirliklərini ölkədən çıxartmasınlar və nəticədə ölkəyə maliyyə yardımları olunsun. Çünki əks halda "Taliban" hakimiyyəti əldə saxlaya bilməyəcək".
T.Rzayev vurğulayıb ki, artıq əhalinin sosial və maddi durumu da "Taliban"ın öhdəliyindədir:
"İndi "Taliban" ölkə əhalisini qida, geyim ilə və s. təmin etməlidir. Ona görə də "Taliban" var-gücü ilə bunları etməyə çalışacaq. Hazırda biz Avropa İttifaqından, Amerikadan siqnallar görürük. Aeroportun işlədilməsi ilə bağlı Türkiyədən razılıq gözləyir. Əgər "Taliban" Türkiyədən razılıq əldə edərsə və Kabil aeroportunun nəzarəti Türkiyəyə keçərsə, düşünürəm ki, bu, Əfqanıstan "Taliban" hökumətinin tanınmasını və onun legitimliyini sürətləndirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə