Xersonda kinoteatr binası atəşə tutuldu

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Kaxovka şəhərində kinoteatrı atəşə tutublar.

Axar.az xəbər verir ki, bunu Rusiya tərəfdən Xersona “rəhbər” təyin edilən Pavel Filipçuk bildirib.

O qeyd edib ki, kinoteatr binası ciddi zərər görsə də, xəsarət alan olmayıb.