
Xırda tərpəniş Tokayevin sonu ola bilər -Proqnoz
Xırda tərpəniş Tokayevin sonu ola bilər -Proqnoz
13:46 05.02.2024
Dünya
510
İkinci variant olduqca təhlükəlidir
Kərimov həbsdə də olsa hələ çox güclüdür və böyük təhlükədir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Hökumətin istefaya göndərilməsinin səbəbi açıqlanmayıb. Baş nazir vəzifəsini müvəqqəti olaraq Roman Sklyar icra edəcək. Qazaxıstan hökumətinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər. Xatırladaq ki, Qazaxıstanın Baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.
Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a açıqlamasında deyib ki, Sklyar baş nazirin 1-ci müavini vəzifəsində çalışıb. Onun sözlərinə görə, Tokayevin baş nazir Alixan İsmayılovdan başqa bütün nazirlərə yeni hökumət qurulana qədər vəzifəsini icra etmək tapşırığını verməsi maraqlıdır. Görünür, Tokayev İsmayılovla vidalaşmaq istəyir:
"Alixan İsmayılov qazax hökumətinin başına Qazaxıstanda kütləvi etirazların fonunda gətirilmişdi. O dövrdə Əsgər Memin hökuməti istefaya göndərilmiş yerinə Alixan İsmayılovun rəhbərliyi altında daha texnokrat hökuməti qurulmuşdu. İsmayılov Qazaxıstanın dünyaca məşhur Əl-Fərabi Universitetini bitirib və ixtisasca menecerdir. 2 il əvvəl Tokayev onu baş nazir təyin edəndə özü qarşında nisbətən sözəbaxan hökumət başçısı istəyirdi. İndi nə dəyişdi ki, Tokayev belə bir naş naziri istəmir? Hazırda Qazaxıstan naş naziri olmağa ən şanslı namizəd Roman Sklayrın özüdür. Yeni qazax hökumətinin nəsə bir dəyişiklik edəcəyini düşünmürəm. Ən azından xarici siyasətdə heç bir dəyişiklik olmayacaq. Çünki xarici siyasət kursu birbaşa prezident tərəfindən idarə edilir. Ancaq sosial sahədə mühüm dəyişiklər gözlənilir. Etiraf edək ki, Alixan İsmayılova ümidlər böyük də olsa Qazaxıstan iqdisadiyyatında böyük irəliləyiş baş vermədi. Hətta baş nazirlə bəzi böyük zavod və şirkət rəhbərlərinin münasibəti də yaxşı deyildi. Qazaxıstanda iri ranqlı iş adamları var ki, onlar keçmiş prezident Nursultan Nazarbayevin projesi idi. Həmin iş adamları Tokayevin nazirlərini saymır".

Analitik vurğulayıb ki, Tokayev hələ Nazarbayevin rəhbərliyi altında çalışarkən onun ən böyük düşməni Qərblə gözəl münasibətləri olan Kərim Mənsimov idi:
"Uzun illər Prezident Adminstrasiyanın rəhbəri, Baş Nazir və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri kimi vəzifələrdə çalışmış uyğur türkü olan Mənsimov Nazarbayevdən sonra ölkənin ən güclü adamı idi. Ancaq Tokayev Kremlin dəstəyi ilə onu bitirdi. Məsimov indi həbsdədir. Hökumətin istefaya göndərilməsinin səbəbi açıqlanmayıb.iş adamlarının üstündə ən böyük təsir elə Kərim Mənsimova məxsus idi. Məhz Qazaxıstanda hadisələrə baş verərkən bir neçə bank rəhbərinə qarşı əməliyyatın şahidi olmuşduq. Daha sonra onların Mənsimovla birləşib mütəşəkkil dəstə halında dövlətə xəyanət etdikləri açıqlandı. Həmən iş adamlarını Nazarbayevlə tanış edən, onları kurasiya edən elə Mənsimov olub. Tokayevin niyyəti indi onları qazanmaqdır. Ancaq bunu münasib bir baş nazirlə etmək istəyir. Bu çox çətin məsələdir. Tokayev ya Putin zamanında Mixail Xodorkovski və digərlərinə etdiyi kimi onları məhv etməlidir, ya da onlarla hazırda davam edən şəkildə bir-birinə qarışmamaq siyasətini aparmalıdır. İkinci variant olduqca təhlükəlidir. Xırda tərpəniş Tokayevin sonu ola bilər. Kərimov həbsdə də olsa hələ çox güclüdür və böyük təhlükədir. Bəs birinci variant baş verə bilərmi? Bu bir qədər müəmmalıdır, lakin gözlənilməz deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm