Yaponiyada sunami xəbərdarlığı verilib

Yaponiyada sunami xəbərdarlığı verilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Hündürlüyü 1 metrə çatan dalğalar Yaponiyanın bütün Sakit okean sahillərini əhatə edə bilər.

Bundan əlavə, hündürlüyü 0,2 metrə çatan sunami Tokio körfəzini vura bilər.