Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransa hökumətinin güc tətbiqinə etiraz olaraq bəyanat yayıb
Yusif Nəzərli
06:35 20.09.2024
Dünya
443
Fransa Silahlı qüvvələri 19 sentyabrda yenidən Yeni Kaledoniyada dinc nümayişçilərə qarşı odlu silahlardan istifadə ediblər. İki mülki şəxs güllələnib ki, onlardan biri ölüb, digəri ağır yaralanıb.
APA xəbər verir ki, bu barədə Fransa hökumətinin güc tətbiqinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsinin (FLNKS) yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunub ki, Fransa idarəçiliyinə qarşı Martinikdə də etirazlar başlayıb: “Fransa hökuməti Yeni Kaledoniyada olduğu kimi Martinikdə də komendant saatı tətbiq edib. Dinc etirazçılara qarşı təhlükəsizlik qüvvələri aşırı güc tətbiq ediblər”.
Bəyanatda deyilir ki, Kanak xalqı üçün bu cümə axşamı matəm elan edilib: “Belə ki, Pyer Deklerkin üstü açılmamış qətlindən 43 il sonra və Viktor əməliyyatından 36 il sonra tarix təkrarlanır.
FLNKS (Kanak Sosialist Milli Azadlıq Cəbhəsi) bu səhər Mont Dore kommunası olan Sent-Lui qəbiləsinə aid ərazidə iki gənc kanakın hüquq-mühafizə orqanları tərəfindən güllələnməsi ilə əlaqədar olaraq baş vermiş faciəli hadisəyə görə dərin qəzəb və kədərini bildirir.
FLNKS sözügedən gənclərdən birini öldürməyə çəkinməyən hüquq-mühafizə orqanlarının istifadə etdiyi barbar və alçaldıcı üsulları pisləyir. Bu ölümlərin sayı 2024-cü ilin may ayından bəri getdikcə artır. Artıq ikisi jandarm olmaqla 13 nəfər həyatını itirib.
Biz ölkəmizin cənubunda, xüsusən də militarizasiya və təzyiqin olduğu Sent-Luis qəsəbəsində hərbi müdaxilələrin dərhal dayandırılmasını tələb edirik.
FLNKS-in 30 Avqust - 1 Sentyabr 2024-cü il tarixlərində baş tutmuş son qurultayından sonra Kumak Paqu Kommunasında vəziyyətin yumşalmasının şahidi olduq. Belə ki, bütün ərazi üzrə blokadalar tədricən qaldırıldı. Yalnız Sent Luisdə vəziyyət qeyri-stabil olaraq qalırdı.
Məhz bu məqsədlə Cəbhə FLNKS, CCAT (Ərazilərin Kooridinasiyası Şəbəkəsi) və Sent-Luis əhalisi arasında Konqresinin qərarlarını çatdırmaq üçün sentyabrın 8-də görüş təşkil etdi. Sonrakı günlərdə böhranın qan tökülmədən həll edilməsi məqsədilə qəsəbədə başçılarla Ali Komissiya arasında digər görüşlər də təşkil edildi.
Lakin dövlət (Fransa) Ali Komissarlıq və Prokuror olan yerli nümayəndələri vasitəsilə (biz onların repatriasiyasını dəfələrlə tələb etmişik), ektremist sağçıların təsirilə ancaq kanakları öldürməyə qərar veriblər”.
FLNKS bütün əhalini ağrılara və təxribatlara baxmayaraq, zorakılığa təslim olmamağa çağırıb: “Bu gün həmişəkindən daha çox sülh və ədalət üçün, ölkəmizin sabitliyinin qorunması naminə fəaliyyətlərimizə davam etməliyik.
Yeni Kaledoniyadakı vəziyyətin ciddiliyini nəzərə alınması üçün biz Fransaya və beynəlxalq ictimaiyyətə müraciət edirik. Biz əməliyyatların şəffaflığına zəmanət vermək və dialoqun bərpasına kömək etmək üçün bir daha beynəlxalq müşahidəçilərin göndərilməsini xahiş edirik. Numea sazişində götürülmüş öhdəliklərə uyğun olaraq Kanak xalqının tam suverenlik üçün istəklərinə cavab vermək üçün ölkəmizin institusional və siyasi gələcəyi ilə bağlı danışıqları yenidən başlamaq vacibliyini ifadə edirik.
Nəhayət, FLNKS Sent-Luis qəsəbəsinə, onun əhalisinə, aidiyyəti ailələrə öz dəstəyini verir, gəncləri öz həyatlarını qorumağa və ümumilikdə əhalini tam məsuliyyətlə səfərbər olmağa çağırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət