Yeni yaradılmış sosial şəbəkəyə casus damğası vurdular
13:51 21.02.2021
Dünya
484
Clubhouse istifadəçiləri nəzarətdə saxlayaa bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının iqtisadi siyasət məsələləri üzrə sədr müavini Sergey Kalaşnikov deyib.
Maraqlıdır ki, parlamentari özü bu şəbəkədən heç vaxt istifadə etmədiyini söyləyib, ancaq əmindir ki, xüsusi xidmətlər onun vasitəsilə insanları izləyirlər.
"Əlbəttə, qoy insanların heç bir şübhəsi olmasın ki, biz tam şəffaf akvariumda yaşayırıq. İnsanların şəbəkəyə istənilən girişi qeydə alınır: kim, kimlə, nə barədə", - deputat "Qovorit Moskva"nın efirində deyib.
Adı Azərbaycan XİN-in "qara siyahısı"na düşmüş digər deputat Vitali Milonov da Kalaşnikovu dəstəkləyib: "Müxtəlif ölkələrin xüsusi xidmət orqanları, xüsusilə də ABŞ bizi izləmək üçün hüdudsuz imkanlara malikdir, çünki biz Amerikanın iOS və Google Android əməliyyat sistemlərindən istifadə edirik".
Clubhouse-da səsli mesajlar yaymaq mümkündür, ancaq danışıqları yazmaq və yaymaq imkanı yoxdur. Tətbiq 2020-ci ildə işə salınsa da bu yaxınlarda populyar olub. Sosial şəbəkəyə qoşulmaq üçün artıq orada qeydiyyatdan keçmiş istifadəçidən dəvət almalısan.
Clubhouse bu yaxınlarda qalmaqallı teleaparıcı Vladimir Solovyovu iki dəfə bloklayıb, bu gün isə onun "sanksiya siyahısı"na Esquire jurnalının baş redaktoru Sergey Minayev düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya